2019-cu ilin I rübündə Azərbaycan Rusiyadan 12 mln. dollar məbləğində şokolad idxal edib, bu da həmin məhsulun bütün Rusiya üzrə ixracının 9%-ni təşkil edib.
İnsider.az xəbər verir ki, bu barədə “Rusiya ixracatçıları” informasiya portalı məlumat verir.
2018-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana şokolad idxalı 29% artıb.
Ümumilikdə, 2019-cu ilin I rübündə Rusiya şokolad və ondan məmulatların ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4% (5,6 milyon dollar) artaraq 142 milyon dollar təşkil edib.
Bu məhsulun ixrac coğrafiyası 57 ölkəni əhatə edib, onlardan Qazaxıstan, Çin, Belarus və Azərbaycan əsas rol oynayır. Rusiya şokolad məmulatların ixracının 52%-i bu satış bazarlarının payına düşüb.
© İnterfaks-Azərbaycan