Rusiyalı iş adamı Roman Abramoviç norveçli rəssam Edvard Munkun “Haray” əsərini 120 milyon dollara əldə edib.
İnsider.az xəbər verir ki, alqı-satqı “Sotheby's” hərrac evində baş tutub.
Qeyd olunur ki, Abramoviç əsərin mövcud dörd variantından birini alıb. Bu, şəxsi kolleksiyada saxlanan yeganə nüsxədir.
“Haray” Edvard Munkun 1893-1910-cu illərdə yaratdığı rəsm əsərləri seriyasıdır. Əsərdə qırmızı rəngli səma fonunda haray çəkən insan əks olunub.
Oxu.Az