rusiyanin-herbi-gemisi-mehv-edilib

Rusiyanın hərbi gəmisi məhv edilib

Ukrayna Hərbi Hava Qüvvələri Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk “Telegram” kanalında bildirib.

“Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, - o vurğulayıb.

Krımın “rəhbəri” Sergey Aksyonov isə bildirib ki, limanın ərazisi bağlanıb, yanğın lokallaşdırılıb, hadisə yerində müvafiq strukturların əməkdaşları çalışırlar.

Oxu.Az