rusiyanin-iqtisadi-inkisaf-naziri-bakiya-sefer-edecek

Rusiyanın iqtisadi inkişaf naziri Bakıya səfər edəcək

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün tezliklə Azərbaycana səfər edəcək. 

İnsider.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.

"Azərbaycanda ÜDM-nin artımını nəzərə alaraq, ölkə Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək üçün resurs tapa bilər", - deyə V.Matviyenko bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

O qeyd edib ki, ötən il Rusiyadan Azərbaycana 770 mln. dollar köçürülüb: "Ölkəmiz əks istiqamətə doğru hərəkətdə də maraqlıdır - məsələn, Rusiyaya gəlməyə hazır olan turistlər hesabına", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, 2,55 mlrd.dollarlıq ticarət dövriyyəsi iki ölkənin potensialına uyğun olan həcm deyil.

V.Matviyenko bildirib ki, iqtisadi inkişaf naziri M.Oreşkinin tezliklə Bakıya baş tutacaq səfəri zamanı bütün bu məsələlərin müzakirəsi nəzərdə tutulur.

© İnterfaks-Azərbaycan