rusiyanin-neft-ve-tebii-qaz-istehsali-azalib

Rusiyanın neft və təbii qaz istehsalı azalıb

Rusiya Enerji Nazirliyinin məlumatlarına görə, Rusiyanın aprel ayında gündəlik ortalama neft istehsalı mart ayı ilə müqayisədə azalıb.

İnsider.az xəbər verir ki, mart ayında 11 milyon 298 min barel/gün olan istehsal aprel ayında 11 milyon 231 min barel/gün təşkil edib. Mart ayında ümumilikdə 47 milyon 783 min ton olan istehsal aprel ayında 45 milyon 975 min ton olub.

Aprel ayında qaz hasilatı da mart ayındakı 65,68 milyard kubmetrdən 64,3 milyard kubmetrə enib.

©Marja.az