“Poçta Rossii” şöbələrini “cazibə mərkəzlərinə” çevirəcək gələcək inkişaf konsepsiyası hazırlanıb. Belə mərkəzlərdə poçt xidmətlərindən savayı müştərilər müxtəlif mallar, məsələn, alkoqollu içkilər əldə edə biləcəklər.
İnsider.az bildirir ki, bu barədə 2020-2027-ci illər üçün konsepsiya layihəsilə tanış olmuş “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “cazibə mərkəzləri” özündə alkomarket, aptek, bank, çoxfunksiyalı mərkəz, həmçinin tədris və tibb müəssisələrini ehtiva edəcək.
İslahatn zəruriliyini ənənəvi məktubların elektron məktublarla əvəz edilməsi səbəbindən 2023-cü ilə yazışma dünya miqyasında 1,5 dəfə düşəcək və bu da poçtalyonların iş yükünün azalması ilə nəticələnəcək. “Poçta Rossii” nümayəndələrinin fikrincə, funksionalın dəyişməsi böhrandan yan qaçmağa kömək edəcək.
Məlumata əsasən, islahata büdcədən təxminən 85 milyard rubl məbləğin ayrılması istənilib. Bu məbləğdən 66,4 milyard rublun texniki modernizasiyaya və poçt xidməti şöbələrinin avadanlıqlarla təchizatına, 10,8 milyard rubl kapital təmirin aparılmasına, daha 7,7 milyard rubl isə şöbə sahələrinin genişləndirilməsinə yönləndirilməsi planlaşdırılır.
“Poçta Rossii”-nin inkişaf layihəsi baxılması üçün Rusiyanın maliyyə nazirliyi və kommunikasiya əlaqəsi nazirliyinə göndərilib.