rusiyanin-valyuta-ehtiyatlari-azalib

Rusiyanın valyuta ehtiyatları azalıb

Aprelin 12-dən 19-na qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 0,7 mlrd. ABŞ dolları və yaxud 0,15% azalaraq 491,6mlrd. dollardan 490,9 mlrd. dollara düşüb.

İnsider.az xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat verib.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir. 

©“Report”