rusiyanin-xarici-ticaret-profisiti-azalib

Rusiyanın xarici ticarət profisiti azalıb

Rusiyanın xarici ticarət artığı (profisiti) bu ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 5,5% geriləyərək 92,2 milyard dollara düşüb.

İnsider.az xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, ölkənin ixracı bu ilin yanvar-iyun dövründə 2018-in eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 206,5 milyard dollara, idxalı isə 2% azalaraq 114,3 milyard dollara düşüb.

Rusiyanın xarici ticarət saldosu bu ilin ilk yarısında 2018-in eyni dövrünə müqayisədə 5,5% düşərək 92,2 milyard dollara geriləyib.

Dünyanın ən böyük neft və təbii qaz ixracatçılarından Rusiyanın ixracında enerji məhsullarının payı isə  64%-dən 64,7%-ə qalxıb.

Qeyd edək ki, Rusiyanın xarici ticarət profisiti 2018-də 62%-lik artımla 211,6 milyard dollara çatıb.

©Marja