2022-ci ildə Rusiyaya gələn turist axını rekord həddə aşağı düşüb. Belə ki, mütəşəkkil qruplardakı əcnəbilərin sayı 90%-dən çox azalıb.
Qonaqların əksəriyyəti Rusiyaya Şərq ölkələrindən gəlib.
Rusiyada mütəşəkkil turizmin azalmasının səbəbləri Ukrayna müharibəsi nəticəsindəki beynəlxalq təcriddir.
turizm üzrə göstəricilərin aşağı düşməsinə mənfi məlumat fonu, vizaların, aviabiletlərin alınmasındakı çətinliklər, ölkədə Visa və Mastercard ödəniş sistemlərindən istifadəyə qadağa kimi amillər təsir edib.
2022-ci ildə Rusiya Federasiyasına əsasən İran, Hindistan, Qazaxıstan, Özbəkistan və Yaxın Şərq ölkələrindən turistlər gəlib.
Oxu.Az