s-p-asiyadaki-nez-ler-aktiv-sekilde-azerbaycan-neftini-idxal-edir

"S&P": Asiyadakı NEZ-lər aktiv şəkildə Azərbaycan neftini idxal edir

Asiya neft emalı zavodları (NEZ) aşağı kükürd tərkibli Azərbaycan ("Azeri Light") və Qazaxıstanın ("CPC Blend") xam neft markalarını aktiv şəkildə idxal edir.

Bu barədə "S&P Global Platts" bazarda olan etibarlı mənbələrə istinadən xəbər verir.

Asiya NEZ-lərinin bir-biri ilə rəqabətdə olan "Azeri Light" və "CPC Blend"ə artmış meylləri səbəbindən Avropa zavodları ABŞ-dan xam neftin tədarükün azalması fonunda Liviya neftinin idxalını kəskin artırıb.

"S&P" qeyd edir ki, Aralıq dənizindəki aşağı kükürdlü xam neft bazarına sürətlə daxil olan Liviya tədarükünün Avropa tərəfindən absorbsiya etməsi səbəbindən bazarda disbalans yaranmayıb. Bundan əlavə, mövcud "OPEC+" razılaşması çərçivəsində neft hasilatı kəsirlərinin üçaylıq uzadılması xam neftin fyuçers qiymətlərinə müsbət təsir göstərib. Bununla da, orta kükürd tərkibli Yaxın Şərq xam neft bazarında lazım olandan çox neft ehtiyatlarının yığılması riski tədricən itir.

Xatırladaq ki, iki ay əvvəl Liviya ölkədəki silahlı münaqişədən sonra dayanan neft hasilatını bərpa edib.

APA