s-p-fransanin-reytinq-proqnozunu-menfiye-endirib

S&P Fransanın reytinq proqnozunu mənfiyə endirib

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Fransanın "AA" səviyyəsində suveren reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib.

Bu barədə agentliyin məlumatında bildirilir.

"Fransa iqtisadiyyatında yavaşlama, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək", - agentliyin analitikləri bildirir.

S&P ölkənin 2023-cü il üçün ÜDM artımı proqnozunu iyulda gözlənilən 1,7%-dən 0,2%-ə endirib, həmçinin büdcə kəsiri proqnozunu ÜDM-in 4%-dən 5,4%-ə qaldırıb. Agentliyin şərhinə görə, bu proqnozlar uzun sürən iqtisadi tənəzzül də daxil olmaqla, Fransanın maliyyə vəziyyətini daha da pisləşdirə bilər.

Bununla yanaşı, agentlik Fransa ÜDM-nin 2022-ci ildə 2,5%, 2024-cü ildə isə 1,6% artacağını gözləyir. Bu il S&P Fransada inflyasiyanın 5,9% səviyyəsində olacağını, sonra bu rəqəmin 2023-cü ildə 4,4%-ə, 2024-cü ildə isə 2,4%-ə enəcəyini gözləyir. Agentlik eyni zamanda maaşlara təzyiqin artması səbəbindən baza inflyasiyanın yaxın aylarda sürətlənəcəyini proqnozlaşdırır.

Marja