s-p-islahat-paketi-tl-ucun-yeterli-deyil

S&P: İslahat paketi TL üçün yetərli deyil

Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's"un (S&P) baş analitiklərindən Frank Gill Türkiyənin ötən həftə açıqladığı iqtisadi islahat paketinin əhalinin və xarici investorların Türk Lirəsinə (TL) etimadını yenidən bərpa etmək üçün yetərli olmadığını deyib.

"Xarici investorlar və Türkiyə əhalisi üçün ən böyük sual, lirənin hələ də investisiya ediləcək bir pul vahidi olub-olmadığıdır. Mənim fikirimcə, islahat paketi bu suala cavab vermədi" - deyə Gill bildirib.

©marja