sabah-bakida-yagis-yagacagi-guclu-kulek-eseceyi-gozlenilir-hava-proqnozu

Sabah Bakıda yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir - HAVA PROQNOZU

15 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə 15 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-23,  gündüz  24-26,  Bakıda  gecə 21-23, gündüz  24-26 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,  nisbi rütubət 65-75  faiz təşkil edəcək.   

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

15 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir.  Səhər dağlarda duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz 

Avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.