Mayın 5-də “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik olunacaq.
İnsider.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, bununla əlaqədar, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metro stansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.