ABŞ Mərkəzi Bankının (Fed) bu həftə verəcəyi faiz qərarı qlobal bazarların ən əhəmiyyətli gündəmi olaraq önə çıxır.
İnsider.az xəbər verir ki, sabahkı yığıncaqda faizdə (2,50%) dəyişiklik gözlənilmir. Amma Fed-in gələcək yığıncaqlarda faiz endirimi üçün siqnal verib-verməyəcəyi diqqətlə izləniləcək.
ING analitikləri, "Ticarət gərginliyinin artması ehtimal olunarkən, Fed bu yığıncaqda bazar gözləntilərini təsdiqləyərək faiz endirimlərinin ola biləcəyinə dair siqnal verə bilər" ifadəsini istifadə ediblər. Qeyd edək ki, bazarlarda Fed-in İyulda faiz endirəcəyi gözlənilir.
Analitiklər, Fed-in 2018-ci ildə 4 dəfə faiz artdığını, bu il isə daha ehtiyatlı mövqedə qaldığını ifadə edərək, "Prezident Trampın digər ölkələrlə ticarət mövzusundakı anlaşılmazlıqlarının iqtisadi təsirlərinə dair narahatlıqlar, iqtisadi artımda aşağı istiqamətli risklərin davam etdiyinə işarə edir. Sabah Fed-in faiz endirimlərinin yaxın olduğu siqnalı verəcəyini gözləyərik. Bazarlar İyulda 25 bənd və gələcək 12 ayda da 3 dəfə faiz endirimi gözləyir",- qeyd ediblər.
Fed faiz qərarının sabah Bakı vaxtı ilə 22:00-da açıqlayacaq. Saat 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaqdır.
©Marja