İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 31-36, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.
Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 36-41, bəzi yerlərdə 43, dağlarda gecə 10-15, gündüz 27-32 dərəcə isti olacaq.