“Sabah Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan nazir bildirib ki, Birgə Mərkəzin vəzifəsi və fəaliyyəti də müzakirə olunacaq.
Türkiyə XİN başçısının sözlərinə görə, Cənubi Qafqazda atəşkəs, sabitlik və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.
M. Çavuşoğlu qeyd edib ki, regional məsələlərdə, o cümlədən Suriya və Liviyada fərqli mövqelərdə olsalar da Rusiya ilə əməkdaşlıqları davam edir.