Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
İnsider.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.