sabaha-olan-hava-proqnozu-aciqlandi

Sabaha olan hava proqnozu açıqlandı

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb. 

İnsider.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 11-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 11-dən başlayaraq 12-si günün birinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.