sabahin-hava-proqnozu-aciqlandi

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16, gündüz 19-21 dərəcə olacaq. Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə olacaq.