sabahin-hava-proqnozu-aciqlandi

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 784 mm civə sütunundan 781 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.