sabahin-hava-proqnozu-aciqlandi

Sabahın hava proqnozu açıqlandı

Ölkə ərazisində dekabrın 9-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.