sabahin-hava-proqnozu-aciqlandi

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 9-12 dərəcə, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.