sabahin-hava-proqnozu

Sabahın hava proqnozu

İyunun 16-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

İnsider.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti təşkil edəcək.