Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.
Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.