sabahin-hava-proqnozu

Sabahın hava proqnozu

Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İnsider.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 10-14 dərəcə isti olacaq. Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütununda 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.