Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.
Proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, sentyabrın 5-də şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.