sahdeniz-den-indiyedek-178-mlrd-kubmetrden-cox-qaz-hasil-edilib

“Şahdəniz”dən indiyədək 178 mlrd. kubmetrdən çox qaz hasil edilib

“Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 01 noyabr tarixinədək burada 178,2 milyard kubmetrə yaxın qaz hasil edilib.

Energetika Nazirliyindən İnsider.az-a verilən məlumata görə, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 124,3 milyard kubmetr həcmi ixraca nəql edilib.

Məlumata görə, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku veriləndən cari ilin 01 noyabr tarixinədək burada 201,2 milyard kubmetr qaz hasil edilib.