Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 999,6 mln. kubmetr qaz nəql edilib.
İnsider.az xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% artım müşahidə olunub.
Hesabat dövründə qazın nəqlinin 36,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 811,8 mln. kubmetr qaz ötürülüb. Bu ilin yeddi ayl ərzində bu kəmərlə ötürülən qazın həcmi ötən ilin müvafiq dövründən 34,8% çox olub.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.