sahib-memmedov-erzaq-catismazligindan-sohbet-gede-bilmez

Sahib Məmmədov: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”

"Bu gün ərzaq təminatı sahəsində ehtiyatlarımız imkan yaradır ki, özünü təminat məsələlərində rahat addım ataq".

İnsider.az xəbər verir ki, bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkədə əsas strateji məhsullar üzrə özünütəminat səviyyəsi 100%-dən çoxdur: "Hətta Azərbaycanın ixrac potensialı formalaşıb. Ona görə ərzağın çatışmazlığından söhbət gedə bilməz, ölkəyə məhsulların idxalı davam edir. Hökumət iri idxalçılarla iş aparır".

Xatırladaq ki, aprelin 5-dən etibarən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.

Report