İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb.
İnsider.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.
Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.
“Yeni sistemə 15 bank qoşulub , gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, - deyə nazir qeyd edib.
Report