İpoteka və Kredit Zəmanət Fondunun sifarişi ilə kiçik və orta sahibkarlar arasında sorğu keçirilməsi gözlənilir.
Insider.az xəbər verir ki, bunda məqsəd iş adamlarının maliyyə resurslarına və xidmətlərinə tələbini, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amilləri öyrənməkdir.
Bundan başqa, Fondun təşəbbüsü ilə daşınmaz əmlak bazarı iştirakçıları arasında da sorğu keçirilməsi, bazarda tələbin öyrənilməsi nəzərdə tutulub.
© “Report”