sahibkarlarin-iscilerini-ixtisar-etmesi-ile-bagli-resmi-aciqlama

Sahibkarların işçilərini ixtisar etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Bu günə kimi sahibkarların işçilərini ixtisar etməsi barədə məlumat yoxdur”.

İnsider.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, hazırda belə proses müşahidə edilmir:

“Bu məsələni İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətdə saxlayır. Karantin rejimi qısa müddətdə aradan qaldırılmalıdır ki, işçilər kənar edilməsin.

Nəinki ixtisar olunma, əksinə, ictimai işlərlə bağlı əlavə iş yerləri yaradıldı və insanlara kömək edildi”.

“Ümid edirik ki, sahibkarlar işçi ixtisar etməyəcək və işlərini elə quracaqlar ki, iş yerləri qorunub saxlanılsın”, - deyə M.Musayev əlavə edib.

Oxu.Az