sahil-babayev-qeyri-formal-mesgullugun-leqallasdirilmasindan-danisdi

Sahil Babayev qeyri-formal məşğulluğun leqallaşdırılmasından danışdı

“Qeyri-formal məşğulluğun leqallaşması ilə əməkhaqqı fondunda 50 faizdən artıq artıma nail olunub”.

İnsider.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ötən il 150 mindən çox iş yeri açılıb:

“Bu il isə 120 mindən çox iş yeri artıb. Bu proses davamlı olmalıdır. Əməkhaqqının ÜDM-dəki payını 25-27 faizə çatdırmaq nəzərdə tutulub”.

Oxu.Az