samaxi-resedxanasi-ulduzlarin-reqsi-sud-yoluna-baxis-foto

Şamaxı Rəsədxanası: Ulduzların rəqsi, Süd Yoluna baxış - FOTO

1959-cu ildə tikilib istifadəyə verilən sirli və möcüzəvi məkan. Bu məkan Pirqulu qəsəbəsinin yaxınlığında, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.

Keçmiş SSRİ-də ən böyük teleskoplardan biri də məhz burada quraşdırılıb. Söhbətin Şamaxı Astrofizika Rəsədxanasından getdiyini artıq başa düşdünüz.
Fotolar qalaktikanın, planetar dumanlıqların, ulduzların, planetlərin və onların peyklərinin sistematik müşahidələrinin aparıldığı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından çəkilib. 

Oxu.Az