Türkiyənin Samsun şəhərində ASKON tərəfindən təşkil edilən "İkiztepe Sağlamlıq Zirvəsi"ndə səhiyyə sektoru bir araya gəlib. 3-5 noyabr tarixlərində Samsunda gerçəkləşən Zirvəyə müxtəlif ölkələrdən 100-dən çox şirkətin, eləcə də Türkiyədəki səhiyyə sektorunun nümayəndələri iştirak edir.