Google-un Huawei ilə bağlı verdiyi qərar Çin nəhənginin rəqiblərinin səhmlərinin bahalaşmasına səbəb olub.
İnsider.az xəbər verir ki, səbəb olaraq Huawei-nin Android telefonlar istehsal edə bilməyərək bazar payını itirəcəyi və yerini rəqiblərinim tutacağının gözlənilməsi bildirilib.
Samsung-un səhmləri 2 faiz bahalaşıb və şirkətin bazar dəyəri 5 milyard dollar artaraq 233 milyard dollara qalxıb. Nokia-nın səhmlərinin bahalaşması 5 faizi keçib.
Xəbər verdiyimiz kimi, Google-un baş şirkəti Alphabet Huawei şirkətilə əməkdaşlığı dayandırıb. Huawei-nin yeni telefonlarında Android proqramlarına daxil olmaq münkün olmayacaq. İstifadəçilər Gmail və Youtube kimi proqramları istifadə edə bilməyəcəklər. Həmçinin, Android əməliyyat sistemini yeniləmək mümkün olmayacaq.
Yeni telefon almaq istəyənlərin Samsung və Nokia modellərinə yönələcəyi gözlənilir.
Huawei Samsung-dan sonra dünyada ən çox ağıllı telefon satan şirkətdir.
©Marja