Çin mərkəzli smartfon istehsalçısı "Huawei" ABŞ sanksiyalarına rəğmən satış rekordu qırıb. satışları ilin ilk 5 ayında 10 milyonu ötüb.
İnsider.az xəbər verir ki, "Huawei" flaqman moderli olan P30 seriyası 85 gündə 10 milyondan çox satılıb. Bununla da model 3 ay ərzində ən çox satılan smartfon rekordunu yeniləyib.
Həmçinin şirkətin cəmi smartfon satışları 5 ay ərzində 100 milyonu ötüb.
Qeyd edək ki, "Huawei"nin mobil telefon satışları 2018-ci ildə qlobal bazarda 200 milyondan çox olmuşdu. ABŞ sanksiyalarından öncə isə 2019-cu ildə 250 milyon "Huawei" smartfonunun satılacağı proqnozlaşdırılmışdı.
©Finans