saudi-aramco-hindistanin-reliance-industries-sirketinde-pay-sahibi-ola-biler

“Saudi Aramco” Hindistanın “Reliance Industries” şirkətində pay sahibi ola bilər

Səudiyyə Ərəbistanın “Saudi Aramco” dövlət neft şirkəti Hindistanın “Reliance Industries” (RIL) korporasiyası ilə neft emalı və neft-kimya biznesi üzrə 25%-dək hissəsinin satınalması barədə danışıqlar aparır.

Bu barədə İnsider.az “The Times of India”-ya istinadla xəbər verir.

Söhbət 10-15 milyard dollar dəyərində olan paydan gedir. Bu qiymətləndirilməyə əsaslansaq, “Reliance Industries”-in neft emalı və neftkimya üzrə bütün biznesi 55-60 milyard dollar təşkil edə bilər.

Qiymət üzrə razılıq iyun ayında baş tuta bilər. Mümkün ola bilən sövdələşmə üzrə məsləhətçi qismində “Goldman Sachs” investisiya bankı çıxış edəcək.

Qeyd edək ki, 2018-ci ilin aprel ayında “Saudi Aramco” Hindistanın sol sahilindəki neft emalı zavodunun tikinti layihəsində iştirakı barədə hind neft emalı şirkətlərinin konsorsiumu ilə saziş imzalamışdı. Layihənin qiymətini 44 milyard dollar civarında dəyərləndirirlər. Neft emalı zavodu sutkada 1,2 milyon barrel emal edə, ildə isə 18 milyon ton neft məhsulları istehsal edə bilər.

Samirə Məmmədova