“Saudi Aramco” şirkəti Səudiyyə Ərəbistanındakı “Mərcan” və “Berri” neft yataqlarının istehsal gücünün artırılması məqsədilə yerli və beynəlxalq servis şirkətləri ilə 18 milyard dollarlıq müqavilələr imzalayıb.
İnsider.az xəbər verir ki, bu barədə “Saudi Aramo”nun prezidenti və baş icraçı direktoru Məhəmməd Amin Həsən Al-Nasir deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın milli neft şirkəti mühəndis, tikinti və digər servis şirkətləri ilə cəmi 34 müqavilə imzalayıb.
Belə ki, “Mərcan” neft yatağında neft emalı zavodunun və 24 dəniz platformasının tikintisi nəzərdə tutulur. “Berri” layihəsi çərçivəsində isə neft-qaz emalı zavodunun inşası planlaşdırılır. Hər iki yataqların istehsal gücü ümumilikdə - neftin sutkada 0,55 milyon barrel və qazın 2,5 milyard kubfutadək artacaq.
©AZƏRTAC