saudi-aramco-nun-toremesi-ilk-defe-wtl-nefti-satib

"Saudi Aramco"nun törəməsi ilk dəfə WTL nefti satıb

"Aramco Trading Company" ("Saudi Aramco"nun treydinq bölməsidir) yarandığı vaxtdan ilk dəfə olaraq WTL (West Texas Light) neftinin satışı üzrə əməliyyat həyata keçirib.

İnsider.az xəbər verir ki, alıcı qismində Cənubi Koreyanın neft emalı müəssisəsi olan "Hyundai Oilbank" çıxış edib. Milyon barrellik ilk partiya oktyabrda Cənubi Koreyaya çatacaq.

"Aramco Trading Company" xammalı Texasın neft emalı zavodu "Motiva"dan alaraq sonradan Asiya istehlakçılarına satır. O, 2018-ci ildən Yaponiya, Cənubi Koreya, Tayland, Tayvan və BƏƏ-yə ABŞ-ın WTI növlü neftini və "Eagle Ford" kondesatını tədarük edir. 

©Finans.az