Rusiyalı “Sberbank” Antipin neft emalı zavodunun (bankın problemli borclularından biridir) 80%-ə sahib olan Kiprli “Vikay Industrial Limited”-in saibi oldu.
İnsider.az “RBK”-ya istinadla xəbər verir ki, mayın ortasına kimi bərabər əsaslarda “Vikay”-a zavodun təsisçisi Dmitri Mazurov və Moskva merinin keçmiş həmkarı Vladimir Kalaşnikov sahib idilər, “Sberbank”-ın ancaq “qızıl” səhmi varı idi. Mayın 17-si şirkətin bütün adi səhmləri “Sberbank”-ın rus “törəməsinə”, yəni “SBK Premyer”-ə 100%-i məxsus olan “SBPR Cyprus SPV”-in mülkünə keçdi. Antipin neft emalı zavodunun yerdə qalan 20%-i isə RF prezidenti Vladimir Putinin kurs yoldaşı, vəkil Nikolay Yeqorova məxsusdur.
Sahibkarın dəyişməsindən üç gün sonra, mayın 20-i Antipin neft emalı zavodu müflisləşmə barədə iddia ərizəsi verdi. “Sberbank" və Mazurovun nümayəndələri şərh verməkdən imtina ediblər.
Antipin neft emalı zavodu Rusiyanın ildə 9 milyon ton gücünə sahib dərin neft emallı ən iri və müstəqil zavodudur. Zavod ötən il tikilib. Mazurov bu biznesi kreditlərin üzərində qurub və hazırda onun “Yeni axın” qrupu (Antipin neft emalı zavodundan başqa, qrup Afip və Mariy zavodlarını da idarə edirdi) əsas kreditorları olan “Sberbank”-a 2,9 milyard dollar borcludurlar.
Samirə Məmmədova