schneider-electric-rusiyadaki-aktivlerini-satmagi-planlasdirir

"Schneider Electric" Rusiyadakı aktivlərini satmağı planlaşdırır

Qrupun ümumi gəlirlərinin 2%-ə qədəri Rusiyanın payına düşüb.

Fransa korporasiyası "Schneider Electric" Rusiyadakı aktivlərini yerli investora satmaq niyyətindədir.

Şirkət bu barədə çərşənbə günü açıqladığı 2022-ci ilin 1-ci rübünün maliyyə nəticələri haqqında hesabatında məlumat verib.

"İmkanları hərtərəfli nəzərdən keçirdikdən sonra "Schneider Electric" bu gün "Schneider Electric Rusiya"nı yerli idarəetmə komandasına satmaq barədə niyyət məktubunun imzalandığını elan edir. Bu müqavilə yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənəcək", - məlumatda deyilir. Bu yolla şirkət 300 milyon avroya qədər xalis balans dəyərinin silinəcəyini gözləyir.

Şirkət xatırladır ki, 2022-ci il fevralın 24-dən Rusiya və Belarusa yeni investisiyaları, həmçinin bu ölkələrdə yeni layihələrin həyata keçirilməsini dayandırıb. Schneider Electric-in məlumatına görə, onun Rusiyadan ayrılması nizamlı şəkildə davam edəcək və Rusiya və Belarusdakı 3,5 min işçisini dəstəkləmək üçün vəsait ayıracaq. Qrupun ümumi gəlirinin 2%-ə qədərinin Rusiyanın payına düşdüyü qeyd edilir.

"Schneider Electric" enerjinin idarə edilməsi və sənayenin avtomatlaşdırılması üzrə ixtisaslaşmışdır. Şirkətin bölmələri dünyanın 100-dən çox ölkəsində uğurla fəaliyyət göstərir. "Schneider Electric" enerji və infrastruktur, sənaye, mülki və yaşayış binaları və məlumat mərkəzləri üçün inteqrasiya olunmuş enerji səmərəliliyi həlləri təqdim edir. Şirkətin saytındakı məlumata görə, onun Rusiyada beş zavodu var və nümayəndəlikləri ölkənin 30-dan çox şəhərində yerləşir.

Marja