sederek-ve-bine-nin-vergiden-yayinmasina-resmi-reaksiya-video

“Sədərək” və “Binə”nin vergidən yayınmasına rəsmi reaksiya - VİDEO

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin vergidən yayınmasına Dövlət Vergi Xidmətindən rəsmi münasibət bildirilib.

DVX-nin nümayəndəsi Məmməd Quliyev açıqlamasında bildirib ki, mütəmadi olaraq sözügedən ticarət mərkəzlərində monitorinqlər aparılır, riskli vergi ödəyicilərinin qarşısını almaq üçün tədbirlər görülür.

“Bizim vergi orqanı olaraq cərimələmək niyyətimiz yoxdur. Biz ilk növbədə nəzarət-kassa aparatının quraşdırılması, uçotun aparılması, hesabatın təqdim olunması prosesinə əməl edilməsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçiririk”, - deyə o əlavə edib.

M.Quliyev həmçinin qeyd edib ki, ticarət mərkəzləri ilə bağlı təkcə malın satılmasında deyil, idxalında da problemlər var.

BakuTV