sefir-buca-faciesini-xocali-soyqirimi-ile-eynilesdirdi-video

Səfir Buça faciəsini Xocalı soyqırımı ilə eyniləşdirdi - VİDEO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı soyqırımı ilə müqayisə edib.

Diplomat bu barədə “Twitter” səhifəsində yazıb. 

“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xət dəyişməzdir...”, - V.Kanevski qeyd edib. 

Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.