sehiyye-nazirliyi-bir-sira-dermanlarin-satisda-tapilmamasi-nazirliye-aid-mesele-deyil

Səhiyyə Nazirliyi: Bir sıra dərmanların satışda tapılmaması Nazirliyə aid məsələ deyil

Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların satışda tapılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər:

"Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Report