sehriyar-memmedyarov-fide-reytinqinde-10-lug-u-terk-edib

Şəhriyar Məmmədyarov FİDE reytinqində “10-luğ”u tərk edib

Şahmatçıların FİDE reytinqi açıqlanıb.

Senyabr reytinqində bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin ən yaxşısı Teymur Rəcəbov 2763 xalla 10-cu yerdə qalıb.

Şəhriyar Məmmədyarov 5 pillə geriləyərək “Top-10”u tərk edib. O, 2762 xalla 11-cidir.

3 pillə irəliləyən Qədir Hüseynov 69-cu sırada yer alıb – 2665 xal. Millimizdən ayrılmasına baxmayaraq təmsilçimiz kimi göstərilən Arkadi Naydiç 2663 xalla 73-cü yerdə qalıb

Ondan 11 xal geri qalan Rauf Məmmədov 2 pillə irəliləyərək 89-cu sıraya yüksəlib. 6 addım geriləyərək 93-cü yerə yuvarlanan Nicat Abbasov 2652 xala malikdir.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2855 xal. Fabiano Karuana (ABŞ) 2800 xalla ikinci, Dinq Liren (Çin) 2799 xalla üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2459 xalla 25-ci yeri qoruyub. 9 pillə irəliləyən Gülnar Məmmədova 2395 xalla 68-cidir. 3 pillə geriləyən Xanım Balacayeva 92-ci sırada qərarlaşıb – 2369 xal.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2608) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.

APA