seker-qitligi-xeberdarligi-edildi

Şəkər qıtlığı xəbərdarlığı edildi

Dünyanın qabaqcıl şəkər ticarəti şirkətinə (trader) görə, qarşıdakı iki ildə qlobal miqyasda şəkər qıtlığı ola bilər.

ABŞ şirkəti "Cargill" və Braziliya istehsalçısı "Copersucar"ın ortaq şirkəti olan "Alvea"nın Direktoru Paulo Roberto de Souza bu mövsüm 5 milyon ton, 2021-2022 mövsümündə isə 6 milyon ton şəkər kəsiri ola biləcəyini nəzərdə tutur.

Taylandda aşağı məhsuldarlıq, Avropada istehsalın azalmasıi və Braziliyadakı quraqlığın dünyanı şəkər məsələsində Hindistandan asılı hala gətirəcəyi qeyd edilir.

Kontraktlar keçən il 15% artımla 2016-dan bəri ən böyük yüksəlişi qeyd etmişdir, zəif dolların da dəstəyilə kontraktlar 2021-ci ilə də yüksəlişlə başlayıb və 2017-ci ilin May ayından bəri ən yüksək səviyyələr test edilib. Əmtəə qiymətləri son dövrdə artan sərmayəçi tələbilə yüksəlir.

Souza, "yalnız makro quyruq riskləri deyil, təməl reallıqlar səbəbilə də qiymətlər yüksələcəkdir. Dünyanın Hindistandan gələcək şəkərə ehtiyacı var" ifadəsini istifadə edib.

Marja