sekersiz-sokoladin-unikal-hazirlanma-texnologiyasi-patentlesdirilib

Şəkərsiz şokoladın unikal hazırlanma texnologiyası patentləşdirilib

“Nestle” şirkəti şəkər istifadəsi olmayan şokolad istehsalı texnologiyasını patentləşdirib. İnsider.az bunu “Bloomberg”-ə istinadla xəbər verir.

Şirkət kakao paxlasını örtən ağ özəyi istifadə etməyə qərar verib. Onun tərkibində şəkərin təbii əvəzedicisi olan fruktoza var. Şokolad istehsalı prossesində özəyi toz halına kimi üyüdürlər və hazırlama üçün istifadə edirlər.

Əvvəllər qənnadıçılar heç bir xeyir görmədiyi kakao paxlalarının özəyini tullayırdılar. “Nestlе” bu üsulla şəkərsiz şokoladın kütləvi istehsalatını tətbiq edən ilk şirkət oldu. Şirkət bu addımları sağlam qidalanmaya olan dayanıqlı trendə görə atdı.

Qeyd edək ki, ilk şəkərsiz şokolad məmulatları bu ilin payızında Yaponiyada çıxacaq. Şirkət tədricən şəkər miqdarını azaldacaq. Əvvəlcə onu 40 faiz azaldacaqları gözlənilir.

Samirə Məmmədova