sekide-tebietden-tarixe-adli-beynelxalq-keramika-simpoziumu-kecirilir-foto

Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçirilir – FOTO

Maraqlı və genişmiqyaslı tədbirlərin təşkilatına ən əsası isə ilklərə imza atan Azərbaycan, bu dəfə Beynəlxalq keramika Simpouzimuna ev sahibliyi etdi. May ayının 20-də iyunun 2-nə qədər davam edəcək “Təbiətdən tarixə” simpoziumu Şəki rayonunda “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi”ndə keçirilir. 

İnsider.az xəbər verir ki, bu simpozium ölkəmizdə keramika sahəsi üzrə ilk beynəlxalq və irimiqyaslı tədbirdir. 

Cənubi Qafqaz regionunun ilk Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutan Simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən 50 nəfər müraciət edib. “Təbiətdən tarixə” simpoziumunda Azərbaycan,  Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Braziliya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan və Monqolustandan olan sənətkarlar iştirak edir.

"“Təbiətdən tarixə” keramika simpoziumu hal-hazırda Şəkidə keçirilir abadın təşəbbüsü ilə keçirilən Simpoziumda 14 fərqli ölkəni ümumi sayı 22 xarici iştirakçı təmsil edir. Qeyd edək ki, tədbir 29 oktyabr 2018-ci il tarixində “ABAD” publik hüquqi şəxsin və Paşa Holdinqin birgə səyləri nəticəsində Şəkidə fəaliyyətə başlayan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuş, Cənubi Qafqaz regionunun ilk Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilir “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutur. Simpoziumun əsas məqsədi xarici sənətkarları yerli sənətkarlar ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq və yeni keramika sənətsevərlərin ənənələrinin yaradılmasıdır. Tədbriin müddəti 20 may – 1iyundur. İki həftəlik müddət ərzində onlar spesifik ölkələrinə uyğun ornamentlərdən ibarət əsərlərini yaradacaqlar. Tədbirin sonunda isə ərsəyə gələn əsərlərin nümayişi təqdim ediləcək. 

Qeyd etmək lazımdır ki, ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sahəsində olan ilk pilot layihəsi idi. Sənətin inkişafı üçün yaradılmış ilk infrastruktur idi. əlbəttə ki, gələcəkdə növbəsindı də keçirilir Gələcəkdə Gələcəkdə yerli keramistlərin marağını nəzərə alaraq respublika səviyyəsində adı çəkilən sipmoziumu davam etdirəcəyik. Yaxın müddətdə ərzində Şəki keramika mərkəzinin davamı olaraq Nardaran keramika mərkəzi də yaradılacaq” - deyə "ABAD" publik hüquqi şəxsin nümayəndəsi  Turanə Qasımova bildirib.

Təqdim ediləcək əsərlər sırasında arasında doğma vətənindən didərgin düşmüş qaçqın və köçkün probleminə də toxunulub. 

İordaniyalı keramika ustası düşündüyü əsərin konsepsiyası da maraqla qarşılanıb. Belə ki, hazırda davam edən müqəddəs Ramazan ayına həsr edilmiş əsərin yaradılması üçün Qədr surəsinin ayələri iştirakçılar arasında bölünüb. Sonda isə bu detallar birləşdirilərək vahid bir əsər meydana gələcək.